“Gürcüstan Azərbaycanla münasibətləri möhkəmləndirəcək”- Baş nazir Qaribaşvili

  • By admin
  • 18 Dekabr 2021 12:29

“2022-ci ildə Gürcüstanın xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili illik hesabatı təqdim edərkən deyib.

HTML tutorial

Onun sözlərinə görə, Türkiyə və Ermənistanla da əlaqələrin inkişafı diqqət mərkəzində olacaq.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan bölgədə mövcud potensialı maksimal olaraq istifadə edəcək və infrastruktur layihələri inkişaf etdirəcək.

İ.Qaribaşvili ölkənin 2021-ci ildə xarici siyasətini çox uğurlu qiymətləndirib: “Bölgə ölkələrinə bir neçə uğurlu səfərlər baş tutub. Bu istiqamətdə əməkdaşlığı davam etdiririk. Region ölkələrinə səfərlər daha aktiv olacaq”.

Gununsesi.info