Bu dəqiqələrdə Gürcüstan paytaxtı Tblisinin mərkəzində ölkənin ictimai-siyasi qüvvələrinin Avropaya inteqrasiya tələbilə mitinq keçirilib.
Gununsesi.info xəbər verir ki, mitinqdə bu ölkədə yaşayan soydaşımız tanınmış siyasi fəal Samirə Bayramova da çıxış edib.
On minlərlə insanın qarşısına çıxan Samirə Bayramova nitqinin sonunu azərbaycanca yekunlaşdırıb. O, deyib ki, Gürcüstan azərbaycanlıları bu ölkənin Avropaya inteqrasiyasını dəstəkləyir.
Gununsesi.info