Gürcüstan azərbaycanlılar da daxil 78 əcnəbini deportasiya edib

  • Müəllif: Orxan
  • 16 Sentyabr 2026 11:35

Gürcüstanda Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlərdə 78 xarici vətəndaşı ölkədən çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Miqrasiya Departamenti tərəfindən görülən kompleks tədbirlər nəticəsində Hindistan, Türkiyə, Misir, Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarus, Pakistan, Özbəkistan, Banqladeş, Qırğızıstan, Efiopiya, İordaniya, Şri-Lanka və digər ölkələrin ümumilikdə 78 vətəndaş deportasiya edilib.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Gununsesi.info