Gürcüstan Bakı və İrəvana vasitəçilik təklif edir

  • By admin
  • 14 Sentyabr 2022 12:03

“Gürcüstan Azərbaycan və Ermənistan arasında növbəti qarşıdurmadan narahatdır. İki ölkə arasında vəziyyəti narahatlıqla müşahidə edirik”.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Məlumata görə, ölən və yaralananlar var. Vəziyyətin gərginləşməsi bütün regionun təhlükəsizliyinə çox mənfi təsir göstərəcək. Gürcüstan tərəflər arasında dialoqa ev sahibliyi etməyi təklif edir və hazırdır”, – XİN-dən bildirilib.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Gununsesi.info