
Gürcüstan hökuməti Telavidə olan köhnə və məşhur hava “Mimino” hava limanını yenidən qurur.
Hökumət bu layihəyə təxminən 25 milyon lari ayırıb.
Aeroport 2024-cü ilin may-iyun aylarından sərnişinləri, turistləri qəbul edəcək.
Ekspert Osman Gündüz Gununsesi.info-ya bildirib ki, Balakəndən Telaviyə təxminən 100 km məsafə var.
“Sabiq AZAL rəhbəri Cahangir Əsgərov “effektiv qiymət” siyasəti ilə Bakıdan 600-700 km məsafədə olan Kutaisi aeroportunu xeyli məşhurlaşdırıb, bizim vətəndaşlar üçün əlçatan etmişdi. Ümid edirəm AZAL-ın yeni rəhbərliyi, daha yaxında olan “Mimino” hava limanını da Azərbaycan vətəndaşları üçün məşhurlaşdırmaz. Əlbəttə, unutmuşdum, bu əlçatanlıq bizə ancaq quru sərhədlər açıldıqda mümkün görsənir”.
Şəbnəm
Gununsesi.info