
Oktyabrın 30-da Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri başa çatıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Gununsesi.info