Gürcüstan həbsxanalarında 10 mindən çox məhbus var

1 sentyabr tarixinindəki məlumata görə, Gürcüstan həbsxanalarında təxminən 10 500 nəfər saxlanılır ki, bu da ölkə əhalisinin 0,28%-nə bərabərdir.

Hazırda fəaliyyət göstərən 14 həbsxananın 80%-i doludur.

Onların arasında 107 yetkinlik yaşına çatmayan, 70 yaşdan yuxarı isə 86 nəfər var. Məhbusların əksəriyyəti kişilərdir, qadın məhbusların sayı 496 nəfərdir.

Bundan əlavə, 2500 nəfər hökmün çıxarılmasını gözləyir, ümumilikdə 1400 nəfər isə əcnəbidir.

 

 

Gununsesi.info