İmtahanda 4 səhv bir düzü aparır. Gürcüstanda isə İvanişvili rejiminin cəmi bir səhvi 12 illik hakimiyyətin axırına çıxır.
Seçkilərin nəticələrinə daxili və beynəlxalq reaksiyalar zəif idi, proses öləziməyə doğru gedirdi…
Hakimiyyət müxalifətsiz, 88 deputatla parlamentin iclasını keçirdi və hökuməti formalaşdırmağa bladı. Yenidən Baş nazir postuna seçilən İrakli Kobaxidze kürsüyə çıxıb ilk bəyanatını verdi və siyasi rejimin taleyini həll edəcək səhvi etdi:
“Gürcüstan 2028-ci ilə qədər Avropa İttifaqına inteqrasiya prosesini dayandırır və Avropa qrantlarından imtina edir…”
Bu bəyanat “Gürcü arzusu”nun seçkiqabağı elan etdiyi strategiyaya ilə daban-dabana zidd idi.
Xalqa vəd olunmuşsu ki, 2030-cu ilə qədər ləyaqətli şəkildə Avropa İttifaqına üzvlük təmin olunacaq.
Kobaxidzenin məlum bəyanatı ilə rejimin maskası düşdü və ona loyal olan təbəqələri hərəkətə gətirdi. Hətta bürokratik aparatda, məmur korpusunda istefalar, çağırışlar başladı. Çünki Gürcüstan cəmiyyətinin 85 faizi Avro inteqrasiya tərəfarıdır, ölkə Konstitusiyasında bu istiqamət əksini tapıb. Xalq rifahın Qərbdə olduğunu bilir…
Dünən axşam hakimiyuətin etirazları amansızlıqla dağıtması da odun üstünə benzin tökdü, proses geridönməz xarakter aldı.
Artıq Gürcüstan hakimiyyətinin geridönüş imkanı yoxdur, rejim parçalanır, yüz minlər küçələrdədir…
Elçin
Gununsesi.info