
“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dövlət hesabına şəxsi uçuşları ilə bağlı məlumatlar siyasətçiyə qarşı yeni təhqiqatın başlanması üçün əsas olmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze verib.
“Hamı razılaşır ki, çarterlə uçan ilk şəxs üçün cinayətdir. Yeni böyük cinayət faktı faktiki olaraq təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”.
Yerli KİV-in məlumatına görə, Saakaşvili prezidentliyi dövründə ölkənin Müdafiə Nazirliyi ilə Georgian Airways arasında imzalanmış saziş çərçivəsində şəxsi səfərlərə azı 14 milyon lari (təxminən 5,3 milyon dollar) xərcləyib. Gürcüstanın Müdafiə Nazirliyi isə artıq büdcə vəsaiti hesabına siyasətçinin uçuşları ilə bağlı bütün sənədlərdən məxfiliyini aradan qaldıracağına söz verib.
Qeyd edək ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ildə gizli şəkildə vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.
Tərcümə
Şəbnəm