
“Xalqın kütləvi şəkildə meydanlara çıxması Gürcüstan hökumətini bu bəyanatı verməyə sövq edib. Ancaq qəbul olunmuş qanunun hansı formada geri oxunması üçün hüquqi prosedur bəlli deyil”.
Bunu Gununsesi.info-ya özəl açıqlamasında Gürcüstanda yaşayan əslən azərbaycanlı siyasi fəal Samirə Bayramova “Xarici agentlər haqqında” qanunla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bəzi insanlar bu açıqlamaya görə bir-birini təbrik edir: “Məncə təbrik etmək üçün heç bir hal yoxdur. Çünki, qeyd etdikləri fikirlərin heç bir hüquqi əsası yoxdur Gürcüstan konstitusiyasına görə lehinə səs verilmiş qanunun bu formada olması qeyri -mümkündür. Müvafiq olaraq xalqı aldadaraq vaxt qazanmağa daha doğrusu təxribat yaratmağa çalışırlar. Əlbəttə istəyirlər ki, növbəti aksiyalara bu qədər etirazçı toplanmasın. Ümumiyyətlə, bu qanunun ləğv olunmasını istəmirlər. Düzgün şəkildə məlumatlanma olmadığı üçün insanlara daha aydın və doğru fikir çatdırmaq istəyirlər. Beləliklə bu mövzu yenidən müzakirəyə səbəb olacaq”.
Afət Abbasova
Gununsesi.info