Gürcüstan hökumətinin Avropa və Avroatlantik məkana inteqrasiyadan imtina qərarı ölkədə böyük etirazlara səbəb olub.
Gununsesi.info bildirir ki, artıq iki gündür ki, yüz minlərlə insan meydanlara axışaraq etiraz edie.
Bugün axşam isə Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya və ABŞ-dakı səfir, keçmiş xarici işlər naziri David Zalkaliani istefa veriblər.
Daha öncə Litva, Niderland, İtaliya və Bolqarıstandakı səfirlər də hökumətin qərarına etiraz əlaməti olaraq istefaya getmişdilər. İstefa dalğasının davam edəcəyi gözlənilir.
Siyasi ekspert Şahin Cəfərli Gununsesi.info-ya deyib ki, hadisələr bu cür inkişaf etsə, “Gürcü Arzusu” vəziyyətə nəzarəti itirə bilər.
“Bu gün meydana əvvəlki günlərdən daha çox adam çıxıb”– deyə Cəfərli əlavə edib.
Afət Abbasova
Gununsesi.info