Gürcüstan LGBT şəxslərin hüquqlarını məhdudlaşdıran qanun qəbul etdi

  • By ilhame
  • 17 Sentyabr 2024 18:31

Gürcüstan parlamenti hakim partiyanın LGBT+ şəxslərin hüquqlarını məhdudlaşdıran “Ailə dəyərləri haqqında” qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.

 

Gununsesi.info xəbər verir ki, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun 84 səs çoxluğu ilə keçib.

Heç kim əleyhinə səs verməyib.

 

Qanunvericilik paketi 19 qanun layihəsindən ibarətdir. Əsası “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” layihəsi, qalan 18-i isə ondan irəli gələn qanun layihələridir. Təşəbbüsün məqsədi, müəlliflərin fikrincə, kişi və qadın birliyinə əsaslanan ailə dəyərlərini və yetkinlik yaşına çatmayanların müdafiəsi mexanizmlərini gücləndirməkdir.

 

Bunların arasında kişi ilə qadının birliyi istisna olmaqla, nikaha alternativ olan hər hansı əlaqənin qeydiyyata alınmasına qadağa da daxildir.

 

Cinsiyyətin dəyişdirilməsi üçün hər hansı tibbi manipulyasiyalar, habelə sənədlərdə şəxsin “genetik profilindən” başqa cinsin göstərilməsi qadağandır.

 

Bundan əlavə, “LGBT həyat tərzini təbliğ edən” tədbirlər qadağandır. Xüsusi komissiya hər hansı sənət əsərində, o cümlədən ədəbiyyatda, filmlərdə, tamaşalarda və ya rəsmlərdə müəlliflərin “eyni cins münasibətlərini” təbliğ etməməsini təmin edəcək.

Gununsesi.info