Gürcüstan millisi qalib gəlib

  • By ilhame
  • 16 Aprel 2024 22:01

Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.

 

Gununsesi.info xəbər verir ki, Vitali Borisovun komandası Tbilisidə Gürcüstan yığması ilə qarşılaşıb.

Tibilisi İdman Sarayında keçirilən matç Gürcüstan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu komandalar iki gün əvvəl də üz-üzə gəliblər və Azərbaycan millisi Gürcüstana 2:3 hesabı ilə uduzub.

Gununsesi.info