Gürcüstan Miqrasiya Xidməti Əfqan Sadıqova sığınacaq verməkdən imtina edib

  • By admin
  • 17 Sentyabr 2024 10:18

“Əfqan istintaq təcridxanasından mənə zəng elədi və dedi ki, Miqrasiya Xidmətinin cavabını ona təqdim ediblər. Cavabda ona  siyasi sığınacaq verilməsindən imtina edildiyi bildirilir”, – o deyib.

“Gürcüstan tərəfi imtinanı “onun işində siyasi motivlərin olmaması” ilə izah edib”, –  Sevinc Sadıqova sözlərinə davam edib.

Sadıqovun vəkili Dito Nozadzedən şərh almaq mümkün olmayıb.

Əfqan Sadıqovun Azərbaycana deportasiya olunması  gözlənilir.  Müvafiq sorğu iyul ayında Azərbaycan Baş Prokurorluğundan daxil olub. Bildirilib ki, mayın 10-da Sadıqova qarşı təhdid yoluyla  tələb etmə ittihamı ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə barəsində axtarış elan olunub.

Xatırladaq ki, Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gedib.

 

Elmar

Gununsesi.info