Gürcüstanın birləşmiş müxalifəti parlamentin qarşısında yeni etiraz mitinqi və piket keçirəcəyini elan edib.
Gununsesi.org–un “Sputnik Gürcüstan” saytına istinadə verdiyi xəbərə görə, müxalifət nümayəndələri, vətəndaş fəalları və əhali saat 19: 00-da Respublika Meydanına toplaşacaq. Daha sonra onlar Rustavelli prospektindən parlament binasına doğru irəli hərəkət edəcəklər.
Onlar çərşənbə axşamı “Gürcü Arzusu” nümayəndələrinin parlament binasına girişinə mane olmaq üçün burada piket keçirəcəklər. Müxalifət partiyalarının liderləri bir gün əvvəl İşçi Partiyasının ofisində keçirdikləri birgə iclasda tədbirlər planının təfərrüatlarını müzakirə ediblər.
“Düşünürəm ki, Bidzina İvanişvili güzəştə gedənə qədər bu proses davam edəcək”, – deyə “Milli Hərəkat”ın liderlərindən biri Nik Meliya bildirib.
Məlumata görə, müxalifət partiyalarının liderləri bir gün əvvəl İşçi Partiyasının ofisində keçirilən müşavirədə tədbirlər planının təfərrüatlarını nəzərdən keçiriblər.
Müxalifət liderləri hakimiyyətin vəziyyətin ləğvi üçün konkret addımlar atana qədər dinc etiraz aksiyasının davam edəcəyini israr edirlər.
“Avropa Gürcüstanı” liderlərindən biri David Bakradze bildirib ki, tərəflər etirazçıların bir hissəsinin gecə boyu parlamentdə qalmasına dair razılığa gəliblər. Aksiya çərşənbə axşamı səhər davam edəcək.
O, bu dəfə də ölkə hakimiyyətinin mitinqi dağıtmaq cəhdini istisna etməyərək etirazçıların polisə heç bir müqavimət göstərməyəcəklərini qeyd edib.
Xatırladaq ki, proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsi parlamentdə qəbul edilmədiyindən Gürcüstanda noyabrın 14-dən kütləvi etiraz aksiyaları keçirilir.