Gürcüstan müxalifəti parlamenti boykot etdi

  • By admin
  • 02 Noyabr 2020 21:06

 

Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.

Gununsesi.info xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.

“Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.

“Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.

Beləliklə, qanunverici orqanı bütün müxalifət partiyaları boykot edib (report).

Bundan öncə “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları, ardınca Gürcüstanın müxalif “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyi, həmçinin  “Lelo” və “Qirçi” partiyaları da qanunverici orqanda təmsilçilikdən imtina etdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku seçkilərdə 27,14% (35 mandat), “Lelo” 3,15% (4 mandat), “Qirçi” isə 2,89% səs (4 mandat) əldə edib.

Gununsesi.info