Gürcüstan müxalifəti Tbilisidə mitinq keçirəcək

  • By admin
  • 19 İyun 2020 15:12

Gürcüstanın müxalifət partiyaları iyunun 20-də Tbilisidə kütləvi etiraz aksiyası keçirəcəklər.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, parlament binasının qarşısında saat 14:00-da baş tutacaq aksiya “Qavrilov gecəsi”nin ildönümünə həsr ediləcək.

Təşkilatçılar qeyd ediblər ki, aksiya zamanı bütün təhlükəsizlik qaydalarına riayət olunacaq.

Tbilisi meriyasından bildirilib ki, mitinqə görə parlamentin qarşısındakı Rustaveli prospekti avtomobillər və ictimai nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, ötən ilin iyunun 20-də Rusiyanın Dövlət Dumasının deputatı Sergey Qavrilov Tbilisidə Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyasında iştirak edib. Parlamentə keçirilən tədbirdə o, spikerin kreslosunda əyləşib. Bu, ölkədə etirazlara səbəb olub və parlamentin binası qarşısında 7 minə yaxın insanın iştirakı ilə aksiya təşkil olunub. Aksiya iştirakçıları və polis arasında yaranan qarşıdurma zamanı təxminən 300 nəfər saxlanılıb, 100-dən insan xəsarət alıb. Rezin güllələr iki gəncin gözlərini çıxarıb.

Bu mitinqdən sonra parlament qarşısında aksiyalar bir neçə ay davam edib. Etirazçılar o zamankı daxili işlər naziri, indiki baş nazir Giorgi Qaxarianın istefasını tələb ediblər. Onlar aksiyanın dağıdılmasına görə nazirin məsuliyyət daşıdığını bildiriblər.

 

 

Gununsesi.org