Gürcüstan NATO-nun üzvü olur - Tarix açıqlandı

  • By admin
  • 27 May 2018 17:37
 Gürcüstanın NATO-ya daxil olacağı təxmini tarix açıqlanıb.

Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, ölkənin baş naziri Gerogi Kvirikaşvili Şimali Atlantika Alyansına üzvlüyün 2021-ci ildə baş verməsinin gözlənildiyini vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan tərəfi ümid edir ki, beynəlxalq birlik, xüsusən, Şimali Atlantika Alyansı bu mühüm qərarın verilməsi üçün özündə güc tapacaq. Baş nazir qeyd edib ki, NATO-ya üzvlük ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi zərurətindən irəli gəlir və böyük əhəmiyyət kəsb edir.

“Gürcüstan Avropa və Avroatlantik birliyin üzvü olmaq üzərində hər gün çalışır”, – deyə o, əlavə edib.

Qeyd edək ki, əvvəllər heç vaxt Gürcüstanın alyansa qoşulmasının mümkün vaxtı açıqlanmayıb.