Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

  • By admin
  • 26 Noyabr 2016 22:59

h

 

Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin noyabrın 26-da keçirilən iclasında deputatların 110 nəfəri hökumətin yeni tərkibinin lehinə, 19 nəfəri isə əleyhinə səs verib.

Baş naziri Georgi Kvirikaşvilinin təqdim etdiyi siyahıda əvvəlki nazirlərdən yalnız üçü dəyişdirilib.

Baş nazirin birinci müavini və maliyyə naziri Dmitri Kumsişvili, baş nazirin müavini isə energetika naziri Kaxa Kaladze təyin olunublar.

İqtisadiyyat naziri vəzifəsinə Georgi Qaxariya, infrastruktur və regional inkişaf naziri vəzifəsinə Zurab Alavidze, avrointeqrasiya naziri vəzifəsinə isə Viktor Dolidze təyin olunublar.

Parlament seçkilərindən əvvəl hökumətdə vəzifə tutan digər nazirlər isə öz postlarında qalıblar.

Daxili işlər naziri Qeorqi Mqebrişvili, ədliyyə naziri Tea Çelukiani, qaçqınların işləri üzrə nazir Sozar Subari, müdafiə naziri Levan İzoriya, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Çixelaşvili, idman və gənclər naziri Tariel Xeçikaşvili, təhsil naziri Aleksandr Djedjelava, ətraf mühit naziri Qiqla Aqulaşvili, mədəniyyət naziri Mixail Qiorqadze, xarici işlər naziri Mixail Canalidze, kənd təsərrüfatı naziri Levan Davitaşvili, səhiyyə naziri isə David Sergeeonko təyin olublar.

Gununsesi.info