Gürcüstan parlamenti Ukrayna və Moldova prezidentlərindən üzr istəmələrini tələb edib

  • By admin
  • 19 Yanvar 2024 16:48

Ukrayna və Moldova prezidentləri Vladimir Zelenski və Maya Sandu ölkənin eks-prezidenti Mixail Saakaşvilinin həbsxanada işgəncələrə məruz qalması ilə bağlı “yalanlara” görə Gürcüstan və onun xalqından üzr istəməlidirlər.

Gununsesi.info xəbər verir ki, Gürcüstan mətbuatı xəbər verir ki, bunu yerli televiziyanın efirində Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Prezident Zelenski, prezident Sandu və Avropa Parlamentinin üzvləri Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışıblar. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də biz bu insanların üzr istəməsini gözləyirik”, – deyə o qeyd edib.

Mixail Saakaşvili 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb. Həmin il oktyabrın 1-də  Tbilisidə saxlanılıb.

Gununsesi.info