Gürcüstan parlamenti Ukraynaya humanitar yardım göndərdi

Gürcüstan parlamenti Ukraynadakı insanlara göndərilməsi nəzərdə tutulan humanitar yardımı Qırmızı Xaç Komitəsinin yerli bölməsinə təhvil verib.

Gununsesi.info gürcü KİV-lərə istinadən xəbər verir ki, Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Dimitri Xundadze bildirib ki, tərkibində dərmanlar və digər əşyalar olan yardım deputatlar və parlament əməkdaşlarının ianələri hesabına əldə edilib.

HTML tutorial

O həmçinin bildirib ki, parlament mütamadi olaraq Ukraynaya humanitar yardım göndərməklə ölkəni dəstəkləməyə davam edəcək.

Gununsesi.info