Gürcüstan Parlamentində deputatlar arasında dava düşüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müxalif və iqtidar deputatları bir-birlərini “casus” olmaqla suçlayıblar.
Dava daha da böyüyərək kütləvi hal alıb. Müxalif deputatlar iqtidar təmsilçilərinin üzünə ağır sözlər işlədiblər. Onları “rus casusu” adı ilə damğalayıblar.
İqtidarı təmsil edən deputatlar isə “Amerika casusu” deyərək qarşılıq veriblər.
Müxalif deputatların başlatdığı söz toqquşmşası sonradan əlbəyaxa davaya çevrilib.
Təpik, yumruqlar işə düşüb. Medianın önündə kameralardakı görüntülərdə deputatların bir-biri ilə dalaşması ölkədə gündəm olub.
Ağır söyüş və təhqirlər işlədilib. Müxalif Qiorqi Vaşadze ilə iqtidardakı İraklı Zarkua arasındakı dava görüntülərə düşüb.
Davadan sonra müxalif deputatlar dəstəkçilərini Tiflisdəki Milli Bankın qarşısında etiraza səsləyiblər.
Xatırladaq ki, ABŞ Xəzinə Nazirliyi Gürcüstanın keçmiş Baş Prokuroru Otar Partsaladeyə sanksiya tətbiq etmişdi.
Ancaq Gürcüstan Milli Bankı onun bank hesablarını dondurmayıb.
Amerikanın bu qərarına uymayan gürcü Milli Bankının bu addımına sərt etiraz edən müxalif deputatlar iqtidar təmsilçiləri ilə dalaşıblar.
Tərcümə: Arzu