Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası səngiməyən etirazlar fonunda “xarici agentlər haqqında” qanun layihəsini geri götürmək qərarına gəlib. Çərşənbədən cümə axşamına keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə polislə etirazçılar arasında toqquşmalar davam edib. Səlahiyyətlilər tənqidçilərin mətbuat azadlığını pozan qanun layihəsinə etiraz edən izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.
Gürcüstan parlamentinin maliyyəsinin 20%-dən çoxunu xarici mənbələrdən alan media qurumlarının “xarici təsir agenti” kimi qeydiyyatdan keçməsini tələb edən qanunu birinci oxunuşda təsdiqləməsindən sonra kütlənin qəzəbi ölkə parlamentinə yönəlib.