
Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze istefa verib.
Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə o, özü jurnalistlərə açıqlama verib.
A.Zoidze siyasətdən də getdiyini deyib.
Qeyd edək ki, A.Zoidze Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsini təklif edib. Parlament üzvünün bu təklifi hakim Gürcü Arzusu Partiyasında dəstəklənməyib.