Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Onlar xırda xuliqanlıq və polisə tabe olmadıqları üçün saxlanılıb.

 

Qeyd edək ki, qanunun qəbul edilməsindən sonra polislə etirazçılar arasında gərginlik yaşanıb.

Gununsesi.info