
“Heydər Əliyev SSRİ dövründə olduğu kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra da çox böyük işlər gördü, xalqın ürəyini qazandı. Heydər Əliyev Gürcüstan-Azərbaycan əlaqələrinin gücləndirilməsində xüsusi rol oynayıb”.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasında Gürcüstan parlamentin sədri Şalva Papuaşvili deyib.
O bildirib ki, Heydər Əliyevin Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığında müdrik addımlar atıb.
“Belə uzaqgörən addımları çox az adam dərk edə bilər”, – deyə o əlavə edib.
Gununsesi.info