Gürcüstanın Telavi rayonunda parlamentin keçmiş deputatı Vasil Davitaşviliyə atəş aşılıb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, deputatın öz evində ona 8 güllə vurulub. Məlumata görə, cinayəti törədənin şəxsiyyəti hələ müəyyən edilməyib.
Qeyd edək ki, V. Davitaşvili həmçinin Telavi rayonunun keçmiş bələdiyyə başçısı olub. Hazırda o, xəstəxanaya yerləşdirilib.
Gununsesi.info