Gürcüstan prezidenti ABŞ-a səfər edəcək

  • By admin
  • 20 Sentyabr 2019 22:05

Gürcüstan prezidenti Salome Zurabişvili gələn həftə ABŞ-a işgüzar səfər edəcək.

Gununsesi.org xəbər verir ki, dövlət başçısı snetyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edəcək.

HTML tutorial

S.Zurabişvili həmçinin sessiya çərçivəsində planlaşdırılan tədbirlərə də qatılacaq.

Prezidentin müxtəlif ölkə rəhbərləri və BMT-nin baş katibi ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

S.Zurabişvili ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı adından təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək.

 

 

Gununsesi.org