Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstanın əsrlər boyu yalnız bir düşməni olduğunu hiss edir, o da Rusiyadır, lakin bəzi insanların bu gün də bundan xəbəri yoxdur.
Gununsesi.info xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
“Bəlkə də (Gürcüstan) müstəqillik əldə etdikdən sonra bəzi dövrlərdə kimsə düşünə bilərdi ki, Rusiya tərəfindən fərqli münasibət ola bilər”, – Zurabişvili qeyd edib.
“Bəlkə də bəziləri dərk etmir (Rusiyanın düşmən olduğunu), bəziləri bunu anlamaq istəmir, bəziləri isə bununla kifayətlənir. Amma bu, (düşmənin) özünün də gizlətmədiyi bir həqiqətdir. Bu faktı hər şeydə görmək olar”, – Zurabişvili qeyd edib.
Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi və prezident Salome Zurabişvili tanınmamış Abxaziyanın “parlamenti”nin Qara dəniz sahilində, Pitsundada dövlət mülkiyyətində olan Biçvinda bağ evlərinin Rusiyaya verilməsi barədə qərarından qəzəbləndiklərini bildiriblər.
Gürcüstanın şimal-qərbində, Qara dəniz sahilində yerləşən Abxaziya 1992-93-cü illərdə Gürcüstandan ayrılma müharibəsi aparıb. 2008-ci ildə Gürcüstan ərazisinin bir hissəsinin rus qoşunları tərəfindən zorla işğalından sonra özünü elan etmiş Abxaziyanın “müstəqilliyi” Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən tanınıb.
Gununsesi.info