Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, hökumət Qərbi əsassız tənqid etməklə Gürcüstanın Avropaya inteqrasiya işini təhlükəyə atıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
“Avropa oriyentasiyası müəyyən problemlə üzləşdi. Bizim çoxillik kursumuz dəyişdi – əvvəl hiss olunmaz, sonra isə daha aydın şəkildə: anti-Avropa və anti-Qərb əks-sədaları marjinal siyasi dairələrdən hökumət ritorikasına keçdi”, – Zurabişvili qeyd edib.
Onun sözlərinə görə, Ukrayna ilə münasibətlərdəki gərginlik, beynəlxalq sanksiyalarla bağlı ictimaiyyətin Avropa İttifaqı və ABŞ-dan uzaqlaşması Gürcüstanın xarici oriyentasiyasının möhkəmliyi məsələsini gündəmə gətirib.
“Biz qarışıq ritorika və addımlarla Avropaya inteqrasiya üçün əldə etdiyimiz nəhəng işi və nailiyyətləri təhlükəyə atdıq. Bu çağırışlara baxmayaraq, Gürcüstan qalib gəldi və (Aİ-yə üzvlük üçün) namizəd statusu aldı”, – deyə prezident əlavə edib.
Eyni zamanda, o, “Rusiyanın hibrid hərəkətlərinə meydan oxumayan, sabitliyi və sarsılmaz Avropapərəst münasibətini qoruyan” gürcü cəmiyyətinin səylərini yüksək qiymətləndirib.
“Cəmiyyətimizin təcrübəsi, ənənəvi tolerantlığı, müdrikliyi və təmkinliliyi sayəsində biz Rusiya mühacirətinin və təbliğatının təxribatlarından qaçdıq və onlarla mübarizə apardıq”, Zurabişvili bildirib.
Prezident Konstitusiya Məhkəməsi hakimlərinin onun impiçmenti ilə bağlı qərarını müsbət adlandırıb, həmçinin Gürcüstan Milli Bankının rəhbərliyinin könüllü olaraq istefaya göndərilməsini müsbət qiymətləndirib.
Gununsesi.info