Gürcüstan Prezidenti müxalifətin mitinqinə qatıldı

  • By Admin2
  • 29 Oktyabr 2024 10:34

Gürcüstanda keçirilən seçkilərin nəticələrinə etiraz olaraq paytaxt Tbilisidə mitinq keçirilib.

Ölkənin bütün siyasi qüvvələri tərəfindən təşkil olunan mitinqdə diqqət çəkən məqamlardan biri də, Gürcüstan Prezidenti Salome Zurabişvilinin iştirakı olub.

Gununsesi.info xəbər verir ki, mitinqdə çıxış edən dövlət başçısı, Gürcüstan dövlətində yeganə müstəqil qurum kimi özünün Prezidentlik institutunu adlandırıb.

O bildirib ki, yeganə müstəqil Prezident strukturunun rəhbəri olan Prezident kimi seçkilərin nəticələrini tanımır.

Qeyd edək ki, bu arada isə Rusiyaya məxsus Kütləvi informasiya vasitələri ilə mitinqdə guya təxribatçıların olacağı, Ukraynada təlim keçmiş snayperlər tərəfindən kimlərinsə qətlə yetiriləcəyi ilə bağlı feyk məlumatlar yayıb.

Gürcüstan müxalifəti isə bu məlumatların tirajlanmasının insanların aksiyalara olan marağlarının azaldılması məqsədi daşıdığını bildirib.

 

 

Gununsesi.info