Gürcüstan prezidenti ölkədə siyasi böhran elan edib

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə siyasi böhran elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS yayıb.

Onun fikrincə, Gürcüstan böhrandan yalnız ədalətli seçkilərə qayıtmaqla çıxacaq ki, ölkə “qanuni parlament, vaxtı gələndə isə legitim yeni prezident” əldə etsin. O əlavə edib ki, Avropa bu işdə Gürcüstana kömək edəcək.

Bundan əvvəl gürcü müxalif siyasətçiləri və vətəndaş fəalları parlament seçkilərinin nəticələrinə etiraz edərək Tbilisi küçələri ilə yürüşə başlayıblar. Etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyıblar, aksiya dinc şəraitdə keçib.

Bundan əvvəl Almaniya, Fransa və Polşa Gürcüstanda keçirilən parlament seçkilərində mümkün pozuntuların operativ araşdırılmasına çağırıb.

 

 

Gununsesi.info