Gürcüstan prezidenti ölkəsinin Avropa İttifaqına üzv olmasının əsas səbəbini açıqladı

  • By admin
  • 19 Fevral 2024 12:32

Gürcüstan prezidenti Salome Zurabişvili əmindir ki, onun ölkəsi ilk növbədə Rusiyanın Qara dənizdə hökmranlığından qaçmaq üçün Avropa İttifaqına (Aİ) üzv olmalıdır.

Gununsesi.info xəbər verir ki, Gürcüstan prezidentinin bu bəyanatını “İnterpressnews” agentliyi yayıb.

“Kimsə təsəvvür edə bilərmi ki, əgər Polşa, Baltikyanı ölkələr, Rumıniya, Bolqarıstan Aİ-də olmasaydı, Ukraynadakı hazırkı müharibə necə olardı? Deməli, əvvəlki genişlənmə faktiki olaraq bütün Aİ üçün əlavə təhlükəsizlik təmin etdi, növbəti genişlənmə isə əlavə təminat verəcək. Aİ-nin təhlükəsizliyi bizim də üçündür”, – Zurabişvili qeyd edib.

Prezidentin sözlərinə görə, Rusiya 2007-ci ildə elan etdiyi işi indi həyata keçirir – “Qərbin Qara dənizə girməsinə imkan verməyəcək”.

“Düşünürəm ki, Avropa İttifaqının və təbii ki, Gürcüstanın maraqlarına, təhlükəsizliyimizə, Avropa ilə əlaqəmizə cavabdehdir ki, Rusiya Qara dənizdə müstəsna dövlət olmamalıdır”, o vurğulayıb.

Xatırladaq ki, Gürcüstan prezidenti siyasi qüvvələr və ictimai təşkilatlarla Gürcüstan üçün Avropa kursunun birgə platformasının yaradılması üçün danışıqların təşəbbüskarı olub.

Bundan əvvəl Salome Zurabişvili Rusiyanın Gürcüstana qarşı yeni hibrid müharibəyə başladığını bildirib.

Gununsesi.info