Gürcüstan prezidenti: “Qafqazın inkişafı üçün əməkdaşlığın alternativi yoxdur”

  • By admin
  • 15 Aprel 2021 19:48

“Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyanla birgə bəyanatla çıxış edərkən deyib.

O, Azərbaycan və Ermənistan arasında münaqişə zamanı və hazırda da Gürcüstanın sülhün tərəfində olduğunu bildirib: “Bunun təsdiqi olaraq biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədə qalmaqda davam edir”.

Gununsesi.info