Gürcüstan prezidenti rusiyalıların ölkəyə axınından narahatdır

  • By admin
  • 23 Yanvar 2023 14:52

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə ölkəsi arasında birbaşa hava nəqliyyatının bərpası əleyhinə çıxış edib.

Gununsesi.info-nun gürcü mediasına istinadən verdiyi xəbərə görə, habelə, o habelə rusiyalıların Gürcüstanda qalmaq qaydalarının sərtləşdirilməsinə çağırıb.

Zurabişvili bildirib ki, Rusiya ilə birbaşa reyslərin bərpa olunması Gürcüstanın Qərb partnyorlarının Ukraynaya maksimum dəstək verdikləri bir vaxtda qəribə görünə bilər.

Prezident bunu da bildirib ki, hökumət sosial və siyasi parametrləri nəzərə almaqla Rusiya vətəndaşlarının ölkəyə axını məsələsini ciddi araşdırmalıdır.

Zurabişvilinin sözlərinə görə Gürcüstan cəmiyyəti onun milli maraqlarının və təhlükəsizliyinin nəzərə alındığını və müdafiə edildiyini bilməlidir.

Prezident habelə hökuməti Rusiya vətəndaşlarının Gürcüstanda olmasını tənzimləyən normativ aktlar işləyib hazırlamağa çağırıb.

 

Tərcümə:

Mais