
Gürcüstan Prokurorluğu xarici təşkilatların “düşmən fəaliyyətləri və xarici nəzarətdə olan təşkilatların fəaliyyəti” ilə bağlı araşdırmalara başladığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Bildirilib ki, prokurorluq”Gürcüstanın dövlət maraqlarına zərər vurmaq məqsədilə xarici təşkilatın düşmən fəaliyyətinə kömək etmək və xarici nəzarətdə olan təşkilatların fəaliyyətini dəstəkləmək məqsədilə sabotaş cəhdləri” ilə bağlı araşdırmalara başlayıb.
Cinayət Məcəlləsinin bu ittihamları əhatə edən maddələrinə görə, 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Qurumdan bildirilib ki, istintaqa Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin mütəxəssisləri cəlb edilib.
Təşkilatların adları açıqlanmasa da, araşdırmanın “Birləşmiş Neytral Gürcüstan” partiyasının bəyanatlarına cavab olaraq başladığı bildirilib. Bu partiya, keçmiş “Gürcü Arzusu” partiyasının üzvü Vato Şakarışvili tərəfindən yaradılıb.
Partiya bildirib ki, “casus şəbəkəsinin aşkar edilməsi və konstitusiyaya qarşı cinayətlər” səbəbindən prokurorluğa müraciət edib.
Həmçinin, parlamentə keçən, lakin seçki nəticələrini qəbul etməyib və buna görə də fəaliyyətə qatılmayan dörd müxalifət partiyasını göstərib.
Qeyd edək ki, keçən həftə Gürcüstan parlamentində, Saakaşvili dönəmindəki hakimiyyətin “cinayətləri” ilə bağlı istintaq komissiyası yaradılıb. və etirazlarda iştirakla bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanunlar qəbul edilib.
Şəbnəm