Gürcüstan quru sərhədlərini açacaqmı? – Nazirdən açıqlama

  • By admin
  • 23 Yanvar 2021 11:32

“Gürcüstan yaxın gələcəkdə quru sərhədlərini açmağı planlaşdırmır”.

 

Gununsesi.org gürcü mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili deyib.

“Qonşu ölkələrdə virusun yayılma dinamikası Gürcüstanla müqayisədə daha yüksəkdir. Sərhədlərin açılması virusun Gürcüstana daxil edilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu səbəbdən ölkəmiz hələlik quru sərhədləri açmağı planlaşdırmır”, – deyə Tskitişvili bildirib.

O, quru sərhədlərindən fərqli olaraq, hava məkanının infeksiya üzərində daha çox nəzarət təmin etdiyinə inandığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökuməti fevralın 1-dən etibarən bütün istiqamətlər üzrə müntəzəm uçuşların bərpa edilməsi barədə qərar qəbul edib.

Gununsesi.org