Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əmirov Rəşad Ərşad oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Gununsesi.info xəbər verir ki, Baş Prokurorluqdan bildirib ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Rəşad Əmirovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Rəşad Əmirov Gürcüstanın ərazisində saxlanılaraq avqustun 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Gununsesi.info