“Gürcüstan regionda təhlükəsizlik üzrə səmərəli müttəfiq ola bilər” - Giorgi Qaxaria

  • By admin
  • 26 İyun 2020 14:35

“Gürcüstan təhlükəsizlik komponentində bölgədə səmərəli tərəfdaş ola bilər”.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, Gürcüstanda təhlükəsizlik arxitekturasının yaradılması üzrə önəmli addımlar atılıb.

G.Qaxaria hibrid təhdidlərin yalnız Gürcüstan üçün deyil, tərəfdaş ölkələr üçün də vacib istiqamət olduğunu deyib: “Gürcüstan bölgənin təhlükəsizliyində öz funksiyasını yerinə yetirməklə strateji tərəfdaşlar üçün effektiv müttəfiqə çevrilə bilər”.

 

 

Gununsesi.org