Gürcüstan sərhədçiləri sərhəd xəttini 200 metr irəli çəkdi? DSX-DƏN AÇIQLAMA

  • By admin
  • 19 İyul 2017 09:40
big_1490597288_serhed
Son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçi­lərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Gununsesi.info-ya bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil və internet resursların­da bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.
Gununsesi.info