Gürcüstan sərt karantindən çıxır

  • By admin
  • 22 Yanvar 2021 18:59

Gürcüstanda tətbiq olunan xüsusi karantin rejiminin fevralın 1-dən qismən yumşaldılmasına qərar verilib.

Bu barədə yanvarın 22-də “Sputnik Gürcüstan” məlumat verib.

Məlumata görə, fevralın 1-dən etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

Bu şəhərlərdə məktəb və ticarət obyektləri də açılacaq.

Fevralın 1-dən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində də mağaza və ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək. Bu bölgələrdə məktəb və ictimai nəqliyyat isə işini martın 1-dən etibarən bərpa edəcək.

Fevralın 15-dən etibarən bütün şəhərlərdə qapalı və açıq bazarların fəaliyyətə başlayacağı bildirilib.

Gürcüstan hökuməti həmçinin ölkədən bütün istiqamətlər üzrə müntəzəm aviareyslərin bərpa olunacağını da bəyan edib.