Gürcüstan Ukraynaya bu ölkənin keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası barədə müraciət edib.
Gununsesi.info Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov deyib.
Nazir müavini qeyd edib ki, Ukrayna M.Saakaşvilinin axtarışa verilməsi, saxlanması və ekstradisiyası barədə müraciət alıb.
Gununsesi.info