Gürcüstan Türkiyəyə 85 xilasedici göndərdi

Gürcüstan Türkiyənin zəlzələ bölgəsinə 85 xilasedici göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.

HTML tutorial

Xilasedicilər Adıyaman şəhərində axtarış-xilasetmə işlərinə dəstək verəcək. Yeni qrup zəlzələ bölgəsində fəaliyyət göstərən gürcüstanlı xilasediciləri əvəz edəcək.

Xilasetmə qrupu müasir akustik cihazlar, dronlar və kommunikasiya vasitələri ilə təchiz olunub.

Gununsesi.info