“Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə daxil olacaqlar”

“Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə daxil olacaqlar”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.

O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Bu, eyni zamanda baş verəcək” deyə cavab verib.

“Bu, 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini deyə bilmərəm, necə deyərlər, növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq”, – Zurabişvili əlavə edib.

 

 

Gununsesi.info