Gürcüstan və Ermənistan Futbol federasiyaları 2029-cu ildə FİFA U-20 Dünya Çempionatına ev sahibliyi etmək üçün birgə ərizə ilə mürciət edəcəklər.
Gununsesi.info Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan və Ermənistan Futbol federasiyalarının prezidentləri Levan Kobiaşvili və Armen Melikbekyan İrəvanda keçirilən mətbuat konfransında əməkdaşlıq memorandumu imzalayıblar.
Kobiaşvili qeyd edib ki, ölkələrin rəsmi birgə müraciəti tezliklə təqdim olunacaq.
Bundan əlavə, Tbilisi 70 min tamaşaçı üçün nəzərdə tutulmuş yeni stadionun tikintisi başa çatdıqdan sonra 2028-ci ildə UEFA Çempionlar Liqasının finalının bu şəhərdə keçirilməsi üçün müraciət etməyə hazırlaşır.
Gununsesi.info