
Gürcüstan və Macarıstanın xarici işlər nazirləri investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalayıblar.
Gununsesi.info-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvilinin sözlərinə görə, saziş iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə irəli aparacaq və yeni imkanlar yaradacaq.
Gununsesi.info