Gürcüstan və Rusiya XİN başçıları arasında görüş olub

  • By admin
  • 26 Sentyabr 2019 22:53

Gürcüstan Xarici İşlər naziri David Zalkaliani və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş olub.

Gununsesi.org xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüş iki ölkə arasındakı diplomatik münasibətlərə vasitəçilik edən İsveçrə tərəfindən təşkil olunub.

Görüş zamanı cari məsələlərin müzakirə edildiyi qeyd olunub.

 

 

Gununsesi.org