Gürcüstan vətəndaşlarının Avropa Birliyinə giriş qadağası ləğv olunacaq

  • By admin
  • 28 İyun 2020 17:47

Avropa Birliyi iyulun 1-dən Gürcüstan vətəndaşlarının ittifaq ərazisinə girişinə qoyulan qadağanı ləğv edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Bildirilib ki, ittifaqa üzv ölkələrin səfirləri Gürcüstan da daxil olmaqla 14 ölkənin (Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis) vətəndaşlarının iyulun 1-dən AB ərazisinə sərbəst girişinə icazə verilməsi barədə razılığa gəlib.

ABŞ, Türkiyə, Rusiya, İsrail və Səudiyyə Ərəbistanı bu ölkələrin siyahısına daxil edilməyib.

 

 

Gununsesi.org