
2017-ci ilin yanvar-iyul aylarında Gürcüstana ən çox Azərbaycan (+8,7 faiz), İran (+169,5 faiz) və Rusiyadan (+35,9 faiz) ziyarətçi səfər edib.
Gununsesi.info gürcü mətbuatına istinadən xəbər verir ki, həmin müddətdə ölkəni 4 milyon əcnəbi ziyarət edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,8 faiz çoxdur. Onlardan 1,8 milyonu turist olub.
Ümumilikdə, yanvar-iyul aylarında Gürcüstan hava limanları vasitəsilə 2,1 milyon sərnişin bu ölkəyə səfər edib.
Gülnaz Qənbərli
Gununsesi.info