Gürcüstanda 1 manat 2 lariyə bərabər olub

  • By admin
  • 05 Noyabr 2020 22:44

Gürcüstanın milli valyutası lari əksər xarici valyutalar kimi Azərbaycan manatı qarşısında da ucuzlaşmaqdadır.

Gununsesi.info xəbər verir ki, sabah Gürcüstan Milli Bankı manatın məzənnəsini 2 lariyə bərabər müəyyən edəcək.

Bu isə bugünkü məzənnəyə nisbətdə 0,0348 lari çoxdur.

Sabah qonşu ölkədə ABŞ dollarının rəsmi məzənnəsi 3,4 lari (+0,0591 lari), avronun rəsmi məzənnəsi isə 4,0137 lari (+0,1095) olacaq.

 

 

Gununsesi.info